Məktəbli qız haqda yazılmış ən gözəl şeir


Digərləri 23 İyn 2019 20:46:00 374 0

Məktəbli qız haqda yazılmış ən gözəl şeir

Son.az kulis.az-a istinadən Hüseyn Cavidin "Qız məktəbində" şeirini təqdim edir.

- Quzum, yavrum! Adın nədir?

- Gülbahar.

- Peki, sənin anan, baban varmı?

- Var.

- Nasıl, zənginmidir baban?

- Evet, zəngin, bəyzadə...

- Öyle ise, geydiyin geyim

neyçin böyle sade?

Yoxmu sənin incilərin, altun bilərziklerin?

Söyle, yavrum! Heç sıxılma...

- Var, efendim, var...

Lakin

Müellimem hər gün söylər,

onların yox qiyməti,

Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.

- Çox doğru söz...