Tbilisidə keçirilən aksiyada xəsarət alan jurnalistlərdən 3ü hələ də xəstəxanadadır FOTO


Dünya 23 İyn 2019 20:31:00 210 0

Tbilisidə keçirilən aksiyada xəsarət alan jurnalistlərdən 3ü hələ də xəstəxanadadır  FOTO

İyunun 20-21-də Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etiraz aksiyaları zamanı xəsarət alan 240 nəfərdən 28-i hələ də xəstəxanalarda müalicələrini davam etdirir. Onlardan ikisinin vəziyyəti sabit ağır qiymətləndirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, xəstələr arasında 2 polis əməkdaşı və 3 jurnalist var.

Yaralıların əksəriyyəti baş və kürək nahiyəsindən rezin güllə və dəyənək zərbəsi alıb.


Xəbərə aid fotolar