Honda otbiçəni yeni rekorda imza atıb VİDEO


Digərləri 23 İyn 2019 20:30:00 236 0

Honda otbiçəni yeni rekorda imza atıb  VİDEO

Honda Mean Mower V2 otbiçəni Ginnesin rekordlar kitabının yeni rekorduna imza atıb. Drezden yaxınlığındakı Dekra Lausitzring avtodromunda pilot Cessika Hokins 100 mil/saat (161 km/saat) həddinə 6,29 saniyəyə sürətlənməyə müvəffəq olub.ı

Son.az autograph.az-a istinadən bildirir ki, HF 2620 Lawn Tractor otbiçəninin bazasında hazırlanmış Mean Mower V2 otbiçəni Honda CBR 1000R Fireblade superbaykından alınmış mühərrik ilə təchiz edilir. Honda CBR 1000R Fireblade superbaykının 1,0-litrlik mühərrikinin gücü 203 at qüvvəsi təşkil edir.  

Honda Mean Mower V2  modeli 100 km/saat həddinə üç saniyədən az müddətə sürətlənir. Dekra Lausitzring avtodromunda sınaqlar zamanı otbiçən 243 km/saat həddinə qədər sürətlənib.

Mean Mower ilk versiyası dünyanın ən yeyin otbiçəni kimi Ginnesin rekordlar kitabına 2014-cü ildə daxil olub. Jurnalist Pirs Vord IDIADA-nın Tarraqonadakı (İspaniya) poliqonunda otbiçəndə 187,6 km/saat həddinə qədər sürətlənib.