Melaniya Trampın sağlamlıq sirləri –


Digərləri 23 İyn 2019 19:53:00 237 0

Melaniya Trampın sağlamlıq sirləri –

49 yaşlı Melanya Tramp ideal bədəni, cazibədarlığı, sağlamlığı və zövqü ilə dünya qadınlarının stil ikonasına çevrilib. Son.az medicina.az-a istinadən ABŞ prezidentinin sevimli arvadının gözəllik və pəhriz sirlərini təqdim edir.

Melaniya milyarder xanımı olsa da bahalı idman zallarında fitnes, trener, adlı-sanlı dietoloqların xidmətindən yararlanmağı sevmir və belə yerlərə vaxtını sərf etmir.

O, illərdir qarşısında qoyduğu bir neçə ciddi qaydaya əməl edir.

-Arada bir burqer, kola, qızardılmış toyuq yesə də, o sağlam qidalanır. Səhərlər  yulaf sıyığı, tərəvəz, meyvə smuzisi qəbul edir. Gün ərzində balanslaşdırılmış, sağlam qidalanır. "Sağlam qida məndə enerji yaradır, özümü çox yüngül hiss edirəm".

-Melaniya gündə 7 ədəd müxtəlif tərəvəz və meyvəni mütləq yeyir. Bunlar ayrı-ayrı ərzaqlar ola bilər. Amma mütləq 7 ədəd olmalıdır -Gün ərzində özünün xüsusi kokteylini içir. Onu yanında da gəzdirir. Tərkibində buğda cücərmişi suyu, limon,su, nanə vardır.  Dediyinə görə, bu su turşu-qələvini normada saxlayır, metobolizmi gücləndirir.

-Həftədə 3 dəfə balıq və dəniz məhsulları yeyir -Arada tünd şokoladın dadına baxır -Şəkər tərkibli qidalardan uzaqdır