Türkiyə qırıcıları PKKnın mövqelərinə zərbələr endirib


Dünya 23 İyn 2019 18:17:00 213 0

Türkiyə qırıcıları PKKnın mövqelərinə zərbələr endirib

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, zərbələr İraqın şimalında yerləşən Sinat-Haftanin rayonuna endirilib.

Zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.