Bakıda taksi 9 yaşlı uşağı vurdu


Digərləri 23 İyn 2019 14:04:00 216 0

Bakıda taksi 9 yaşlı uşağı vurdu

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 9 yaşlı uşaq xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində baş verib.

2010-cu il təvəllüdlü Məmmədzadə Kənan İlqar oğlu yolu keçərkən onu taksi fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı avtomobil vurub. Yaralı uşaq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.

Son.az