Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi işləri nə yerdədir?


Digərləri 23 İyn 2019 09:00:00 225 0

Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi işləri nə yerdədir?

Bu gün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin ikinci və üçüncü mərhələləri paralel olaraq davam edir.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.

Məlumata əsasən, layihənin birinci mərhələsi çərçivəsində yeni bitum qurğusu istifadəyə verilib və bu qurğu tam işə salınıb.

Qurğu daxili bazarda tələbata uyğun həcmdə bitum istehsal edir.

Qeyd edək ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi 2021-ci ildə başa çatacaq.

Bundan əvvəl SOCAR-ın emal məsələləri üzrə vitse-prezidenti Davud Məmmədov bildirmişdi ki, bundan sonra zavodda neft emalı işə düşəcək ki, bu da emal prosesini 2023-24-ci illərdə 7,5 milyon tonadək çatdırmağa imkan verəcək: