Məcburi nişanlama gəlir Saxta məhsulları bazara çıxarmaq


Digərləri 22 İyn 2019 23:41:00 240 0

Məcburi nişanlama gəlir  Saxta məhsulları bazara çıxarmaq

"Bu ilin sonunadək Azərbaycanda məcburi nişanlanmalı olan məhsulların siyahısının təsdiq edilməsi planlaşdırılır. Siyahı artıq Nazirlər Kabinetinə təqdim edilib. İlkin siyahıya aksizə düşən mallar - spirtli içkilər, energetik içkilər, dərman preparatları, su və digər məhsullar daxil ediləcək. Bu, uzun və qəliz prosesdir, vaxt keçdikcə siyahı genişləndiriləcək". Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Məcburi nişanlama ilə bağlı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Sputnik Azərbaycan-a bildirib ki, məcburi nişanlanmanın həyata keçirilməsinin məqsədlərindən biri prosesdə şəffaflığın olmasıdır: "Əsas məqsəd odur ki, qaçaqmalçılıq yolu ilə, uçotdan kənar yol ilə heç bir məhsul ölkəyə daxil olmasın, ölkədə istehsal edilməsin. Müxtəlif bölgələrdə, Bakı ətrafında o qədər məhsullar var ki, əksəriyyəti uçotdan kənardır. Məcburi nişanlanma məhsulların müxtəlif yollar ilə uçotdan kənar şəkildə bazara daxil olması və dövriyyəyə buraxılmasının qarşısını almaq üçün aparılan tədbirlərdən biridir. Bu, malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həyata keçirilir".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, oO, bildirib ki, məcburi nişanlanma ilə malların hərəkətini izləmək mümkündür: "Bu tədbir istehlakçılara imkan verəcək ki, hərəkəti təsbit olunmamış məhsulları almasınlar. Məcburi nişanlanma ilə saxta məhsulların bazara çıxarılmasının qarşısı alınacaq və beləliklə, insanlar onlardan istifadə etməyəcək".

"Beynəlxalq təcrübədə ölkəyə daxil olan məhsulların hərəkəti şəffaf şəkildə sistemdə izlənilir. Müxtəlif izlənmə üsullarından istifadə edilir. Ona görə də, məsələn, Avropanın inkişaf etmiş ölkələrində uçotdan kənar məhsullar çox azdır" - deyə ekspert əlavə edib.

İqtisadçı-ekspert Cəfər İbrahimli də deyib ki, bazarda mütəmadi şəkildə saxta məhsullar olur: "Yeni kodlama sistemi ilə saxta məhsulların bazara daxil olmasının qarşısını almaq istəyirlər. Bu tədbir ilə vergidən yayınmanın, təhlükəli qida məhsullarının bazarda satılmasının, əmtəə nişanlarından qeyri-qanuni istifadə olunmasının qarşısının alınmasına çalışılır".