Qadınlarda hormonal pozulmalar və sonsuzluq


Digərləri 22 İyn 2019 23:27:00 318 0

Qadınlarda hormonal pozulmalar və sonsuzluq

Bu hal endokrin sonsuzluq adlanır. Sonsuzluğun ən çox təsadüf edilən səbəblərindən biri də qadın orqanizmində olan hormonal pozğunluqlardır.

Orqanizm tərəfindən hazırlanan hormonların, demək olar ki, hamısı cinsi funksiyalara təsir edirlər. Məhz buna görə, hər hansı bir hormonun və ya bir neçə hormonun istehsal olunmasında pozğunluq baş verdikdə, qadında sonsuzluq inkişaf edə bilər. Bunu nəzərə alaraq, sonsuzluğa görə müalicə alan bütün qadınlara hormonal fonun müayinələri - həm qadın hormonları, həm də qalxanvari vəzi hormonları təyin olunur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, əgər qadın orqanizmində estrogenlərin çatışmazlığı olarsa, onun yumurtalıqlarında yumurta hüceyrəsinin yetişməsi baş vermir. Bu isə ovulyasiyanın, daha sonra isə hamiləliyin baş verməməsinə səbəb olur. Digər tərəfdən, progesteron hormonunun çatışmazlığı isə ovulyasiya və mayalanma nəticəsində əmələ gəlmiş olan rüşeymin uşaqlığın daxili qişasına implantasiya oluna bilməyəcəyi ilə nəticələnmiş olacaq.

Bəs qadınlarda hormonal fonun dəyişməsinin səbəbi nədədir?

Bu, qadın cinsiyyət vəzilərində - yumurtalıqlarda olan patoloji proseslər, həmçinin endokrin orqanların xəstəlikləri ola bilər: baş beyində yerləşən mərkəzi orqanlar - hipofiz və hipotalamus və periferik orqanlar olan - qalxanvari vəzi, böyrəküstü vəzilər və digərləri.

Qız uşağının anormal sürətli və ya anormal ləng cinsi yetkinliyi ilə nəticələnə bilən - hormonal fonun anadangəlmə pozğunluqları, hipotalamusun və hipofizin hormonal-aktiv şişləri, böyrəküstü vəzilərin şişləri və vərəmi, endokrin sistemi orqanlarının iltihabi xəstəlikləri də sonsuzluğa səbəb ola bilərlər. Bu halda vaxtında aparılan müayinə və müalicə qız uşağını gələcəkdə baş verə biləcək sonsuzluqdan xilas etməyə imkan verə bilər.