Misirdə silahlı hücum nəticəsində dörd nəfər həlak olub


Dünya 22 İyn 2019 23:12:00 167 0

Misirdə silahlı hücum nəticəsində dörd nəfər həlak olub

Misirdə Əl-Ariş şəhərinin hava limanı yaxınlığında silahlılar tərəfindən hücum təşkil edilib.

Son.az Trend-ə istinadən bildirir ki, hücum nəticəsində dörd nəfər həlak olub, altı nəfər isə yaralanıb.

Məlumata əsasən, həlak olanların və yaralananların hamısı yerli fəhlələrdir.

Hadisə yerinə güc strukturlarının əməkdaşları və hərbiçilər gəlib. Hücum edənlərin axtarışı aparılır.