BŞBPİ "Megafun"da baş verən hadisə ilə bağlı açıqlama verdi: 6 nəfər xəsarət alıb


Digərləri 22 İyn 2019 23:11:15 180 0

BŞBPİ  "Megafun"da baş verən hadisə ilə bağlı açıqlama verdi: 6 nəfər xəsarət alıb

Bakıda "Megafun" Əyləncə Mərkəzində insan tələfatı və yanğınla nəticələnən partlayışın baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil

Bakı. Samir Əli - Bakıda "Megafun" Əyləncə Mərkəzində insan tələfatı və yanğınla nəticələnən partlayışın baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunu Trend-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. Onun sözlərinə görə, əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 nəfər azyaşlı və 4 nəfər böyük olmaqla 6 nəfər yüngül bədən xəsarətləri alıb. Xəsarət alanlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur.