Peyvəndlərdən imtina edənlərin sayı niyə artır?


Digərləri 22 İyn 2019 22:06:00 256 0

Peyvəndlərdən imtina edənlərin sayı niyə artır?

Ötən əsrdə peyvəndlər on milyonlarla insanı ölümdən xilas edib, amma bu gün dünyanın bir çox ölkələrində mütəxəssislər vaksinasiyadan imtina tendensiyası müşahidə edirlər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu durumdan o qədər narahatdır ki, 2019-cu ildə problemi dünya səhiyyəsinə ən böyük on təhlükə siyahısına daxil edib.

"Wellcome Trust" təşkilatı dünyadakı vaksinasiyayla bağlı 142 ölkədən 140 min adamın cəlb edildiyi çox böyük bir araşdırma aparıb.

Peyvəndi kim icad edib?

Peyvəndlər icad olunana qədər dünya bugünkündən çox-çox təhlükəliydi.

Hər il milyonlarla insan müalicəsi mümkün olan xəstəliklərdən ölürdü.

Peyvəndin ilk formasını X əsrdə Çində icad ediblər.

Bu, variolyasiya adlanan üsuluydu - immuniteti gücləndirmək üçün sağlam insana çiçək qabarcıqları yeridirdilər.

Səkkiz əsr əvvəlsə britaniyalı həkim Edward Jenner müşahidə etmişdi ki, sağıcı qadınlar tez-tez inək çiçəyinə yoluxurlar, amma ölümcül qara çiçəyə onlarda nadir hallarda rast gəlinir.

Qara çiçək son dərəcə yoluxucu infeksion xəstəlikdir, o vaxt bu xəstəliyə yoluxulanların üçdə biri həyatını itirirdi.

Peyvəndlər icad olunana qədər dünya bugünkündən çox-çox təhlükəliydi

Digərlərisə ya kor olur, ya da ömrünün sonuna kimi çapıqlarla yaşayırdı.

1796-cı ildə Jenner səkkiz yaşlı James Phipps üzərində təcrübə aparır.

O, pasientə inək çiçəyi ştammı yeridir və tezliklə oğlanda xəstəliyin əlamətləri yaranır.

James Phipps sağalandan sonra Jenner ona qara çiçək virusunu peyvənd edir, amma bu dəfə uşaq xəstələnmir: inək çiçəyi onun immunitetini möhkəmləndirmişdi.

1798-ci ildə bu eksperimentin nəticələri dərc olunur və "vaksina" sözü meydana gəlir ("vacca" latın dilində "inək" deməkdir).

Vaksinasiyanın başlıca uğurları hansılardır?

Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərini azaltmağa kömək edib.

1960-cı illərdə qızılcaya qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü.

ÜST-nin məlumatlarına görə, 2000-2017-ci illər aralığında qızılca ölümlərinin sayı 80 faiz azalıb.

Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomelit xəstəliyinin qurbanı olurdu - bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomelit tamamilə yox olub.

Nə üçün insanlar vaksinasiyaya qarşı çıxırlar?

Peyvəndin ilk formasını X əsrdə Çində icad ediblər

Vaksinlərə qarşı üsyan yeni peyvəndlər icad olunandan dərhal sonra başlayıb.

Əvvəlcə insanların şübhəsini dini motivlərlə izah edirdilər - çoxları hesab edirdi ki, vaksinlər murdardır və ya şikayətlənirdilər ki, onları seçmək hüququndan məhrum edirlər.

XIX əsrin əvvəllərində Britaniyada alternativ müalicə üsullarını, məsələn, pasientlərin izolyasiyasını təbliğ edən antivaksin liqaları yarandı.