Qəbizlik nə ilə təhlükəlidir?


Digərləri 22 İyn 2019 21:47:00 221 0

Qəbizlik nə ilə təhlükəlidir?

Qəbizlik "ədəbsiz" sayılan xəstəliklərdən biridir ki, onun haqqında hətta həkimlə də danışmaq "qəbahət" hesab olunur. Bundan başqa, əksər insanlar qəbizliyi heç də təhlükəli hesab etmirlər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bəzi insanlar illərlə bu xəstəlikdən əziyyət çəkərək, işlədici dərmanlar içib, imalələr edib və digər üsullarla "müalicə" olunaraq həkimə müraciət etmirlər. Çox nahaq! Qəbizlik yüngülvari halsızlıq deyil, orqanizm üçün ciddi fəsadlar verə bilən böyük bir problemdir!

Bəs, qəbizlik nə ilə təhlükəlidir? Əgər insan, xüsusən də uzun illər ərzində qəbizlikdən əziyyət çəkirsə, onun bağırsağı normal şəkildə fəaliyyət göstərə bilmir, qidanın tərkibində olan vitamin və mineral maddələrin mənimsənilməsi xeyli dərəcədə çətinləşir, nəticədə maddələr mübadiləsi pozulur. Digər tərəfdən, qəbizliyin xroniki forma alması nəticəsində orqanizmdə xeyli miqdarda toksinlər, şlaklar, zəhərli maddələr də yığılır. Qana sorulan bu maddələr orqanizm boyunca yayılaraq bütün orqanları zəhərləyir, sinir sistemini, hətta beyini də zədələyirlər. Ona görə də xroniki qəbizliklər bəzi hallarda, sanki onlarla heç bir əlaqəsi olmayan patoloji halların - güclü baş ağrıları, yaddaş pozğunluğu, həddindən artıq əsəbilik, və hətta qocalıqdakı ağıl zəifliyi kimi əlamətlərin baş verməsinə səbəb olurlar.