Qıcqırma təhlükəli ola bilər


Digərləri 22 İyn 2019 20:57:00 236 0

Qıcqırma təhlükəli ola bilər

Qıcqırma - döş sümüyü arxasında, boğazda, yemək (qida) borusu boyunca hiss olunan yandırma hissiyyatıdır.

Bəzi məlumatlara əsasən, yer əhalisinin 40%-i qıcqırmadan əziyyət çəkir.Bəzi insanlarda bu əlamət müvəqqəti, digərlərində isə daimi xarakter daşıyıraq, heç bir təşvişə səbəb olmur. Ancaq aşkar olunmuşdur ki, təşvişə düşməyə dəyər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bəs qıcqırmanı yaradan nədir? Mədə ilə qida (yemək) borusu arasında sfinkter - əzələ həlqəsi movcuddur ki, o da yalnız qida, yemək borusundan (mədəni ağız boşluğu ilə birləşdirən boru) mədəyə keçərkən açılır. Digər vaxtlarda isə sfinkter sıx şəkildə bağlanmış olaraq, mədədə olan qidanın qida borusana doğru geriyə qayıtmasına imkan vermir. Normal halda məhz belə də olmalıdır. Müxtəlif səbəblər nəticəsində, sfinkterin işində pozğuluq baş verir və bu zaman o lazım olmayan vaxda da açılaraq yenidən qapanır, bəzi hallarda isə ümumiyyətlə daimi olaraq azca açıq qalır. Nəticədə, mədədə olan həzm şirəsinin bir hissəsi mədədən geriyə-yemək borusuna qayıdır.

Bu şirənin tərkibində çox güclü kimyəvi maddə olan xlorid turşusu da daxildir. Hətda dəmiri də həll etmək xüsusiyyətinə malik olan bu turşu, bizim mədəmiz üçün qorxulu deyil. Buna səbəb isə, mədənin daxili səthində, bu maddənin təsirəndən qorucu qabiliyyətə malik olan, müdafiə qatının olmasıdır. Yemək borusunda isə belə qat movcud deyil. Məhz buna görə mədədən yemək borusuna düşmüş olan bu turşu bəzi hallarda çox güclü yandırıcı təsir göstərir. Mədə şirəsindən savayı, öd kisəsindən 12-barmaq bağırsağa, oradan mədəyə və sonra isə yemək borusuna düşə bilən öd də, yemək borusunu qıcıqlandıra bilər.

Tez-tez təkrar olunan qıcqırmanın əsas təhlükəsi ondan ibarətdir ki, yemək borusunda mədə turşusunun və ödün yeyici təsiri altında eroziyalar (xırda yaralar) əmələ gələ bilər. Bu eroziyalar qanaxmaya səbəb ola bilər. Uzun müddət ərzində mövcud olan və müalicə olunmayan eroziyalar hətta xərçəngə də çevrilə bilər.

Buna görə, əgər siz müntəzəm olaraq (həftədə 2-3 dəfə) özünüzdə qıcqırma hiss edirsinizsə, mütləq həkimə müraciət edin.

Qıcqırma - ayrıca bir xəstəlik olmayıb, müxtəlif xəstəliklərin əlamətidir (qastrit, duodenit, xolesistit, öd daşı xəstəliyi və s.). Qıcqırma mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin də əlaməti ola bilər. Bu zaman qıcqırmanın nə vaxt baş verməsinə diqqət yetirmək lazımdır. Belə ki, əgər qıcqırma yeməkdən sonra baş verirsə, çox yəqin ki, bu, turşu reflyuksudur. Əgər qıcqırma yeməkdən əvvəl baş vermiş olarsa, bu daha çox, xora xəstəliy üçün xarakterik olan  əlamət hesab olunur.

Qıcqırma adətən, kəskin, yağlı, çox qızardılmış qida qəbulundan sonra baş verir. Xroniki qəbizliyi olan insanlar da, bir çox hallarda, qıcqırmadan əziyyət çəkirlər.