"İstidrac ayələri" nə deməkdir?


Digərləri 22 İyn 2019 20:25:00 438 0

"İstidrac ayələri" nə deməkdir?

Günahkarların tədricən əzaba düçar olacaqlarını bəyan edən ayələrə "istidrac ayələri" deyilir.

"İstidrac" lüğətdə "yaxın olmaq, yaxın etmək" mənasındadır.

Son.az muselman.az-a istinadən bildirir ki, Termin baxımından isə, bir fərdin dərəcələrini bədbəxtliyinin son hədinə çatana və həlakət uçurumuna düşənə qədər tədricən aşağı salmaq mənasındadır. Nə zaman Allah-taala bir nəfərlə bu cür etmək istəsə, ard-arda ona nemət verər. Şəxs də o nemətin miqdarına başı qarışar və öz səadətindən qafil olar. Onun şükründə nöqsan işlədər. Yavaş-yavaş nemət sahibi Allahı unudar. Allah da nemət bəxş etdikdən sonra ona möhlət verər. Axırda isə növbə cəzaya çatar. Bu üzdən "istidrac" "imhal" (möhlət vermək) ifadəsilə yanaşı olur.

"İstidrac" ifadəsi Quranda iki ayədə feil surətində işlədilmişdir. Həmin ayələrə "İstidrac" ayələri deyilir.

1. "Ayələrimizi yalan sayanları, özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb (məhvə) aparacağıq". ("Əraf", 182)