Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR:


Digərləri 22 İyn 2019 19:40:00 228 0

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR:

Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı isə artıb. Belə ki, 2018-ci ildə Azərbaycanda 62 484 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir.

Mövzu ilə bağlı bu dəfə deputatlara, QHT rəhbərlərinə və ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etməmişik. Bu dəfə boşanmış xanımlar öz real hekayələrini danışıblar.

İlhamə Həsənli:

"Ayrılmağımdan heç vaxt peşman olmamışam, həmişə də deyirəm ki, yenə olsaydı, yenə də ayrılardım. Bunu da deyim ki, zaman çərçivəsində hər ailədə çətinliklər olur və onu geridə qoyana qədər kaş ki, boşanmazdım, belə olmazdı deyə bilirsən. Bu hislər keçdikdə isə boşandığına şükür edirsən.

Həmçinin boşanmaq çıxış yolu deyil və kiçik problemlər varsa, bunu həll etmək olar. Məndə isə vəziyyət başqa idi, ya ayrılmalı, ya da ki, ömür boyu xəstə olmağa razı olacaqdım. Ona görə də seçimim boşanmaq oldu".

Nigar Rzayeva:

"Artıq 2 ildir ki, boşanmışam. İnsanlardan qorxuram, utanıram və mənlə münasibət qurmaq istəyənlərlə də tanış ola bilmirəm. Özümlə isə bacarmıram, elə bilirəm ki, boşandıqdan sonra hamı mənlə pis davranacaq".

Ülviyyə Qafarova:

"Mənim evliliyim cəmi 5 ay davam edib. Ayrılmağımıza səbəb baldızım olub. Evdə mən hamı üçün özümü artıq hiss edirdim. Yoldaşım nə qədər dedi ki, sus, yola ver, amma mən bacarmadım və atam evinə gəldim. Elə bilirdim ki, yoldaşım bununla problemlərin qarşısını alacaq, ancaq heç nə dəyişmədi. Sonradan eşitdim ki, bacısı ona boşanmaq əmrini verib və beləcə, bizim əlaqələrimiz tamamilə qopdu".

İlahə Verdiyeva:

"Bu il ayrılmağımın 4 ili olacaq və peşman deyiləm. Bir oğlum var, ancaq tək ad olsun deyə, yanımda həyat yoldaşının olmasına görə yaşaya bilməzdim. Əlbəttə ki, heç kim boşanmaq istəməz, amma bəzən alınmır və çarə ancaq boşanmaqda qalır".

Günel Qafarova:

"Bir il ərzində ailəli olduq. Uşağımız olmadığı üçün qaynanam, qaynatamla birlikdə bizi boşatdırdılar. İndi isə hamı problemin məndə olduğunu düşünür, bəzən də uşağın olsaydı, boşanmazdın deyirlər".

Sevinc Tanrıverdiyeva:

"Evlilikdə hörmətsizliyi, döyülməyə, söyülməyə, ailəyə baxmamağa göz yummaq olmaz. 4 ildir ki, boşanmışam, heç bircə dəfə belə peşman olmamışam. Şükür balamı da, qışqırıqsız, döyülüb söyülməkdən uzaq bir ailədə böyüdürəm".

Gültac İsayeva:

"Mən sevərək ailə qurmuşdum. 1 il rəsmi nikahlı qalsaq da, 5 ayın gəlini oldum. Bacısı ailəmi dağıtdı. Onlar gəlin yox, kölə istəyirdilər. Buna dözmədim və indi peşman deyiləm".