"Çelsi"nin yeni baş məşqçisinin adı məlum olub


Digərləri 22 İyn 2019 19:13:00 224 0

"Çelsi"nin yeni baş məşqçisinin adı məlum olub

Mauritsio Sarriylə yolları ayıran "Çelsi"nin yeni baş məşqçisi bəlli olub.

Bakı. Mauritsio Sarriylə yolları ayıran "Çelsi"nin yeni baş məşqçisi bəlli olub. Trend-in məlumatına görə, London təmsilçisini sabiq futbolçusu Frenk Lempard çalışdıracaq. Klub prezidenti Roman Abramoviçlə görüşən ingiltərəli mütəxəssis üç illik müqavilə üçün artıq razılığa gəlib. Bilidirilir ki, Lempard London klubundan keçmiş komanda yoldaşı olan "Çelsi" akademiyasının məşqçisi Codi Morrisi və fitnes hazırlığı ilə məşğul olan Kris Consu da öz məşqçi heyətinə əlavə edəcək. "Çelsi"nin 41 yaşlı mütəxəssis üçün çalışdırdığı Çempionşip klubu "Derbi"yə 4,5 milyon avro təzminat ödəyəcəyi deyilir.