İbtidai sinif müəllimləri üçün seminar


Digərləri 22 İyn 2019 17:39:00 308 0

İbtidai sinif müəllimləri üçün seminar

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşkilatçılığı ilə Zaqatalada "Refleksiv müəllim" seminarı keçirilib.

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, seminarın təşkili dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı müəllimlərə dəstək məqsədi daşıyır.

Rayonda məktəbəhazırlıq qruplarında işləyən ümumilikdə 121 ibtidai sinif müəllimi seminara qatılıb.

Seminarın ənənəsinə uyğun olaraq əvvəlcə bir qrup müəllimin təqdimatı dinlənilib və müzakirə edilib.

Seminar müəllimlər tərəfindən seçilmiş iş üsullarının mövzuya, şagirdlərin yaş səviyyəsinə uyğunluğunun müzakirəsi ilə davam etdirilib.


Xəbərə aid fotolar