Xırdalanda naməlum piyadanı "Mercedes" vurub öldürdü


Digərləri 22 İyn 2019 16:44:00 234 0

Xırdalanda naməlum piyadanı "Mercedes" vurub öldürdü

Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 22-də Xırdalan şəhəri ərazisində Balakən rayon sakini Fariz Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.