Gün eynəyi seçərkən ehtiyatlı olun!


Digərləri 22 İyn 2019 16:24:00 202 0

Gün eynəyi seçərkən ehtiyatlı olun!

Yaz-yay fəslində gün eynəklərinə olan tələbat artır. Bu gün şəhərin istənilən yerində mağazalarda, yeraltı keçidlərdə, köşklərdə, metro çıxışlarında gün eynəklərinin satışına rast gəlirik. 5-10 manat civarında olan eynəklərin sırasında məşhur brendlərin də adına rast gəlmək olur. Lakin məşhur brendlərin belə aşağı qiymətə olması məhsulların saxtalığı barədə şübhələr yaradır. Çox təəssüf ki, əksəriyyət sağlamlıq və keyfiyyətdən çox qiymətə və görünüşə üstünlük verir. Seçimin bu prinsiplər altında həyata keçirilməsi gözlərin zəifləməsi, baş ağrıları və göz təzyiqinin yaranmasına səbəb olur.

Son.az bildirir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında  bildirib ki, demək olar gün eynəyi alan heç kim həkim məsləhəti ilə seçim etmir.

"Dünyanın bir sıra ölkələrində də  bu halla rastlaşmaq mümkündür. Hətta  Afrika, İtaliya kimi ölkələrin çimərliklərində belə, eynək satışı ilə məşğul olan şəxsləri görür  və eynəklərin kütləvi şəkildə alındığının şahidi oluruq. Almazdan əvvəl gözə hansı növ eynəyin uyğun gəldiyini müəyyən etmək üçün həkim müayinəsindən keçmək mütləqdir. Lakin üzücü haldır ki, hazırda insanlar  necə gəldi, zövq xatirinə keyfiyyətsiz eynəkləri almağa üstünlük verirlər".

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov bildirir ki, keyfiyyətsiz eynəyi  taxıb-taxmamağın bir fərqi yoxdur: