Azərbaycan boksçusu Minskdə ermənistanlı rəqibi üzərində qələbə qazanıb


Digərləri 22 İyn 2019 16:00:00 207 0

Azərbaycan boksçusu Minskdə ermənistanlı rəqibi üzərində qələbə qazanıb

Belarusda keçirilən ikinci Avropa Oyunlarının boks yarışlarında rinqə çıxan təmsilçimiz Lorenzo Sotomayor ermənistanlı rəqibini böyük hesabla məğlubiyyətə uğradıb.

Bakı. Belarusda keçirilən ikinci Avropa Oyunlarının boks yarışlarında rinqə çıxan təmsilçimiz Lorenzo Sotomayor ermənistanlı rəqibini böyük hesabla məğlubiyyətə uğradıb. Trend-in məlumatına görə, 69 kiloqram çəki dərəcəsində mübarizə aparan L.Sotomayor onaltıdabir finalda Qurqen Madoyan ilə üz-üzə gəlib. Boksçumuz erməni rəqibinə heç bir şans verməyərək inamlı qələbə qazanıb – 5:0. L.Sotomayor səkkizdəbir finalda Maqomed Şaçidov (Almaniya) – Adem Fetahoviç (Bosniya və Herseqovina) qarşılaşmasının qalibi ilə görüşəcək.