Avropanın ən qədim məscidi İspaniyada tapıldı


Dünya 22 İyn 2019 13:14:00 264 0

Avropanın ən qədim məscidi İspaniyada tapıldı

Arxeoloqlar İspaniyada vestqotların tərk edilmiş qədim şəhərinin qalıqlarını tapıblar.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, ərazidə saray və bina qalıqları və Avropanın ən qədim məscidlərindən biri tapılıb. Hazırda mütəxəssislər və arxeoloqlar qazıntılar aparırlar.

Geomaqnit tədqiqat zamanı alimlər Rekkopolisdə vestqotların dağıdılmış paytaxtının qalıqlarını kəşf ediblər. Bu dövlət Avropada orta əsrlərdə, müasir Madridin kənarında salınıb. Kəşf sübut edib ki, şəhərin yaşı 1400 il və ya daha çoxdur. Binalardan biri orientasiyasına görə digərlərindən fərqlənir. Onun divarları üzü Məkkə istiqamətində inşa edilib. Planlaşdırma orta şərqdəki məscidləri xatırladır. Amma hələ ki, qazıntılar aparılır və binanın həqiqətən də məscid olduğu araşdırılır.

Qeyd edək ki, vestqotlar qədim german tayfasıdır və Roma imperiyasının süqutundan sonra Qərbi Avropa tarixində vacib rol oynayıblar. Onlar IV əsrdə başlayan Böyük Xalqların köçündə iştirak ediblər və ispanlarla portuqalların əcdadı sayılırlar. Rekkopolis VI əsrdə inşa edilib və X əsrdə naməlum səbəblərdən tərk edilib.