Parisdə yaşayış binası yandı


Dünya 22 İyn 2019 12:14:00 254 0

Parisdə yaşayış binası yandı

Fransanın paytaxtı Parisin mərkəzində çoxmənzilli binada yanğın baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 28 nəfər isə xəsarət alıb.

Xəsarət alanlardan bir nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Yanğın səhər saatlarında başlayıb. Son məlumatlara əsasən, yanğın lokallaşdırılsa da, qarşısı tam alınmayıb.