Kürdə 2 nəfər boğulub, birinin meyiti çıxarılıb, digəri axtarılır


Digərləri 22 İyn 2019 10:26:00 268 0

Kürdə 2 nəfər boğulub, birinin meyiti çıxarılıb, digəri axtarılır

Salyan rayonu ərazisində iki nəfər Kür çayında çimərkən boğulub.

Bakı. Salyan rayonu ərazisində iki nəfər Kür çayında çimərkən boğulub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib. Bildirilir ki, 21.06.2019-cu il tarixində Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndindən keçən hissəsində batan şəxslərdən birinin, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.