Nizamidə YANĞIN - 1 nəfər tüstüdən zəhərləndi, 10 nəfər təxliyə edildi


Digərləri 22 İyn 2019 09:08:19 192 0

Nizamidə YANĞIN - 1 nəfər tüstüdən zəhərləndi, 10 nəfər təxliyə edildi

Bakıda yanğın faktı qeydə alınıb.

Bakı. Bakıda yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata görə, paytaxtın Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 15 m² sahədə məişət tullantısı yanıb. Məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib və 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.