ABŞ 5 Çin şirkətini "qara siyahı"ya salıb


Dünya 22 İyn 2019 08:38:00 216 0

ABŞ 5 Çin şirkətini "qara siyahı"ya salıb

ABŞ "Huawei" şirkətindən sonra daha 5 Çin şirkətini "qara siyahı"ya salıb.

Son.az Trend-ə istinadən bildirir ki, Ticarət Nazirliyinin "qara siyahı"sına "Haiguang Integrated Circuit", "Chengdu Haiguang Microelectronics Technology", "Higon", "Sugon" şirkətləri və и Tzyannan Kompüter Texnologiyaları Universiteti salınıblar.

Nazirliyin bəyanatında qeyd edilir ki, adıçəkilən şirkətlər ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zidd olan fəaliyyətə cəlb ediləcəklər və ya ediliblər.

Bildirilir ki, məhdudlaşdırıcı tədbirlər altına düşən şirkətlərə ABŞ məhsulları və xidmətləri almaq qadağan edilir bu şirkətlərlə yalnız müvafiq lisenziyası olan ABŞ firmaları işləyə biləcək.