Dünyada ən uzun ödənişli analıq məzuniyyəti bu ölkədədir


Digərləri 21 İyn 2019 23:27:00 269 0

Dünyada ən uzun ödənişli analıq məzuniyyəti bu ölkədədir

Estoniya qadınları dünyanın ən uzunmüddətli analıq məzuniyyətinə çıxırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, UNİSEF-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına, habelə Avropa İttifaqına üzv 41 ölkəsi arasında apardığı tədqiqat zamanı Estoniyanın ən uzunmüddətli analıq məzuniyyəti təklif edən ölkə olduğu müəyyənləşib. Burada doğuş və analığa görə qadınlara 85 həftəlik tam ödənişli məzuniyyət verilir.

Daha sonra siyahıda Macarıstan (72 həftə), Bolqarıstan (61 həftə) gəlir. Ən az analıq məzuniyyətini isə Avstraliya və Yeni Zelandiyada təklif edilir - 10 həftə.

Yaponiya isə analara yox, atalara yeni doğulmuş körpəyə görə 6 aylıq ödənişli məzuniyyət verir. Lakin yaponlar bu güzəştdən istifadə etməyi sevmirlər.