“Aeroflot” aviareysləri təxirə saldı SƏBƏB


Dünya 21 İyn 2019 19:38:42 224 0

“Aeroflot” aviareysləri təxirə saldı  SƏBƏB

Moskvada iyunun 22-i gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar "Aeroflot" aviaşirkəti "Şeremetyevo" hava limanında sabaha nəzərdə tutulan 26 reysi təxirə salıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, təxirə salınan reyslər arasında Helsinki, Praqa və Vilnüslə yanaşı daxili reyslər də var.

Qeyd olunur ki, sabah hava limanından qalxan 13 reys və enməli olan daha 13 reys təxirə salınıb.

Bundan başqa, daha 6 reysin vaxtının dəyişdirildiyi deyilir.