Mursinin məzarlığından reportaj haqqı İsrailə verildi VİDEO


Dünya 21 İyn 2019 17:05:00 358 0

Mursinin məzarlığından reportaj haqqı İsrailə verildi  VİDEO

Misir rəsmiləri iyunun 18-də məhkəmə salonunda vəfat edən ölkənin ilk seçilmiş prezidenti Məhəmməd Mursini gizli şəkildə dəfn etdikdən sonra onun məzarının görüntüsünü çəkməyə yalnız İsrail televiziyasına icazə verib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Qahirə rəsmilərinin Mursinin məzarını çəkmək üçün İsrailin KAN televiziya kanalının Yaxın Şərq üzrə müxbiri Roi Kaisə icazə verməsi diqqəti cəlb edib.

Roi Kais ciddi təhlükəsizlik tədbirlərinin alındığı, yerli və xarici jurnalistlərin buraxılmadığı Qahirənin cənub-şərqindəki Müsəlman Qardaşları Təşkilatının mürşidlərinin dəfn olunduğu məzarlığın önündən reportaj verib. Qəbiristanlığın içində gəzən israilli jurnalist bəyan edib ki, Misir adi və normal günlərini yaşayır, Mursinin vəfatı isə Misir küçələrində təsirini hiss etdirmir.