Bakıda görünən bu kəpənəklər İsveçə də “hücum edib”


Digərləri 21 İyn 2019 16:55:00 220 0

Bakıda görünən bu kəpənəklər İsveçə də “hücum edib”

İsveçin Eland adasına 100 milyonlarla kəpənək “hücum edib”

Bakı. İsveçin Eland adasına 100 milyonlarla kəpənək “hücum edib”. Trend-in məlumatına görə, bölgədə “Vanessa cardui” növlü kəpənəklər çoxalıb. Qeyd olunur ki, həmişə bu mövsümdə İsveçdə və Skandinaviyada adətən 10 minədək kəpənək müşahidə olunurdu. Bu il kəpənəklərin Eland adasında bu qədər çox olması iqlim dəyişiklikləri ilə izah olunur. “Vanessa cardui” kəpənəkləri Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizi bölgələrində yaşayır.