Bakıda "Mercedes"lə 75 yaşlı kişini vurub öldürdü


Digərləri 21 İyn 2019 16:26:00 232 0

Bakıda "Mercedes"lə 75 yaşlı kişini vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Allahverdiyev Vüsal Tahir oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən Səbail rayonu, Badamdar şosesi 112 saylı ünvanın qarşısında 1944-cü il təvəllüdlü Hüseynov Qəşəm Dadaş oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.