ABŞda neft emalı zavodu yanır


Dünya 21 İyn 2019 16:13:00 274 0

ABŞda neft emalı zavodu yanır

ABŞ-ın Filadelfiya şəhərində neft emalı zavodunda yanğın başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, zavod ətrafındakı bütün yollar bağlanıb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir. Ətraf bölgələrdə yaşayan sakinlər partlayışların olduğunu bildirib.

Yanğının qarşısının alınması üçün çoxlu sayda yanğınsöndürmə briqadası cəlb olunub.