“Azərbaycan Sənaye Korporasiyası” və UNEC anlaşma memorandumu imzalayıb (FOTO)


Digərləri 21 İyn 2019 16:03:00 279 0

“Azərbaycan Sənaye Korporasiyası” və UNEC anlaşma memorandumu imzalayıb (FOTO)

“Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bakı. “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. ASC-dən Trend-ə verilən məlumata görə, sənədi Korporasiyanın baş direktoru Kamran Nəbizadə və Universitetin rektoru Ədalət Muradov və imzalayıblar. Sənəd qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədi ilə əməkdaşlığın, birgə tədqiqatların aparılmasının və proqramların həyata keçirilməsinin, tələbələrin biznes ideyalarının formalaşdırılmasının, innovativ təşəbbüslərinin, startap fəaliyyətinin dəstəklənməsinin, onların praktiki tətbiqinin, Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrində təcrübə keçməsinin əsaslarının müəyyənləşdirilməsi istiqamətində əməkdaşlığa xidmət edir. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru Ədalət Muradov bildirib ki, müasir təhsil sistemi real iqtisadiyyatın tələblərinə uyğun olmalıdır və bu uyğunluğun da əsasını məhz birgə əməkdaşlıqlar təşkil edir. Ali təhsil müəssisələrində hazırlanan kadrların real iqtisadi mühitdə, əmək bazarında formalaşdığını vurğulayan Universitetin rektoru qeyd edib ki, real mütəxəssislərin hazırlanması məhz real əməkdaşlıqlardan asılıdır.