Bahooo! İşə düşmədik?


Digərləri 21 İyn 2019 15:33:00 217 0

Bahooo! İşə düşmədik?

Son.az olaylar.az-a istinadən yazını təqdim edir.

Felyeton

Deməli, dırnaqarası gözəl dostlarımız var. Bir nazir müavini vardı, məni görəndə nazir dostuma görə az qalırdı hər tərəfimi yalasın: "Qardaş (qardaşa bax e...), burda oturma, orda otur". Bir gün nazir dostumu (vəzifə əbədi deyil) işdən çıxartdılar. Bir müddətdən sonra  işim düşdü bu müavinə. Getdim yanına. Yenə öpüşdük, görüşdük. Xahişim də millət məsələsi idi. Özüm haqqında kimsəyə heç zaman heç nə xahiş etməmişəm. Gördüm bunun burnu yerlə gedir. Dedi ki, məndən heç nə xahiş etmə! Sular dəyişib, axar dəyişib, indi başqa nazir gəlib. Cavab verdim ki, sular dəyişə bilər, amma bu suyun nə mənbəyi, nə də mənsəbi dəyişib. Dövlət həmən dövlətdir, prezident həmən prezidentdir. Üzümə təəccüblə baxdı və susdu. Yəni, "mənlik deyil".

İşə düşmədik... bahooo...

Sən demə, bu dırnaqarası dostumu heç tanımamışam ki? Təzə nazir gəldi, müavin bu dəfə ona yarınmağa başladı. Təzə nazir də mənim əski dostum. Bir dəfə mənə zəng etdi ki, hardasan? Dur gəl filan yerə. O dırnaqarası dostum- müavin hələ bilmir ki, biz köhnə-təzə nazirlə dostuq.

Əlqərəz, görüşdük, öpüşdük, ordan-burdan söhbət etdik. Söz gəldi çıxdı bu müavinin üstünə. Nazir məndən rəy soruşdu.

Dedim:

Bahooo! Nə gözəl bahooolarımız var. Nazir sarkazmı başa düşdü. Dedi ki, sabah saat on birdə kabinetimdə gözləyirəm. "Xeyir olsun"un sualıma cavab vermədi. Dedi ki, gələrsən, görərsən.

Düz on birə beş dəqiqə qalmış kabinetinin ağzındaydım. Katibə məni görən kimi ayağa durdu və əzilə-büzülə dedi ki, keçin içəri cənab nazir sizi gözləyir.

Şəstlə qapını açdım. Nazir məni görən kimi ayağa durdu (hörmətə bax e..!)

Əleykdən sonra oturdum.

Təzə nazirə "Bahoo"nun mənasını anlatmışdım. Xoş-beşdən sonra əlini selektora atıb birinci müavini çağırdı:

Gəl təcili yanıma! Beş dəqiqədən sonra əvvəlcə müavinin başı, daha sonra əzəmətli gövdəsi göründü:

Çağırmısız, cənab nazir? - Müticəsinə dilləndi. Elə bil həmin adam deyildi. Gəl, gəl, - nazir gülümsünüb onu içəri dəvət etdi. Adam məni görəndə tamam özünü itirdi. Məni duz kimi yalamağa başladı. "Ə, sənə qurban olum, necəsən?" dedi. Doğrusu, mən də özümü itirdim. Mil durmuşam, nə etmək istədiyimi bilmirəm. Vəziyyətdən məni nazir çıxartdı. Müavininə ""Bahooo" , gəl otur"-söylədi.

Müavin "Bahooo" sözündən heç nə anlamadı.

Bağışlayın, cənab nazir! - Dedi. Nazir isə gülümsünüb söylədi.

Mən Mirzə ilə köhnənin dostuyam. Əgər, o bahooo sözünü deyirsə, deməli hökmən "mənbə" və "mənsəb" məsələsini də ortalığa ata bilər. Yəqin ki, sənlə bu söhbət olub, eləmi? Məmur-müavin başını aşağı salıb susdu...

İndi bu məmur məni harda görür, duz kimi yalayır, keyfimi elə soruşur ki, elə bil səhərə qədər onunla yeyib içmişəm. Özü də elə yalayır ki, sanki üzüm arağın üstündən onun üçün duzlu limondur.

Mən də hər onu görəndə gülümsünüb deyirəm: