Xaçmazda çadırdan narkotik vasitə və silah-sursat tapılıb


Digərləri 21 İyn 2019 14:21:00 210 0

Xaçmazda çadırdan narkotik vasitə və silah-sursat tapılıb

Xaçmazda çadırdan narkotik vasitə və silah-sursat tapılıb

Bakı. Xaçmazda çadırdan narkotik vasitə və silah-sursat tapılıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ləcət kəndinin ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 ədəd çətənə kolu, habelə ona məxsus çadırdan marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülüb.