"Dünyanın heç bir ölkəsində icmalar Azərbaycandakı kimi yanaşı yaşamır"


Digərləri 21 İyn 2019 12:48:00 228 0

"Dünyanın heç bir ölkəsində icmalar Azərbaycandakı kimi yanaşı yaşamır"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti nəticəsində Azərbaycanda dini sabitlik hökm sürür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyad Salahlı bildirib.

Onun sözlərinə görə, komitə Azərbaycanda olan bütün dini konfessiyaların fəaliyyətini əlaqələndirməklə onların ölkədə azad şəkildə çalışdığını dünyaya bəyan edir.

S.Salahlı vurğulayıb ki, Azərbaycan çoxkonfensiyalı ölkədir. Ölkədə həm xristian, həm iudaizm, həm islam, həm də digər dinlərin qolları fəaliyyət göstərir.

Sədrin birinci müavini qeyd edib ki, Azərbaycan tolerantlığı, multikulturalizm siyasətini yüksək səviyyədə həyata keçirir və bu sahədə ən qabaqcıl ölkələrdən biridir: