Bakıda qatar gənc oğlanı vurub öldürdü


Digərləri 21 İyn 2019 12:21:00 198 0

Bakıda qatar gənc oğlanı vurub öldürdü

Bakıda qatar gənc oğlanı vurub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 20-si saat 23 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Dəmiryol stansiyasının yaxınlığında sərnişin qatarı 1996-cı il təvəllüdlü İkram Şahverdiyevi vuraraq yolun kənarına atıb və piyada hadisə yerində vəfat edib.

Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.