Hindistanda avtobus qəzasında 43 nəfər ölüb


Dünya 21 İyn 2019 08:52:00 198 0

Hindistanda avtobus qəzasında 43 nəfər ölüb

Şimali Hindistanın Himaçal-Pradeş vilayətində avtobus dərəyə düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 43 nəfər həlak olub.

Məlumata əsasən, daha 30 nəfər xəsarət alıb.

Qeyd edilir ki, qəza zamanı avtobusda ən az 73 nəfər olub.

Ölənlərin çoxu dərsdən sonra kəndlərinə qayıdan məktəblilər və kollec tələbələridir.