Səudiyyə HHQ qüvvələri Yəməndən buraxılmış dronu vurub


Dünya 21 İyn 2019 07:41:00 282 0

Səudiyyə HHQ qüvvələri Yəməndən buraxılmış dronu vurub

Səudiyyə Ərəbistanın hava hücumundan müdafiə qüvvələri "Ənsar Allah" hərəkatından (husilər) olan Yəmən üsyançıları tərəfindən atılan pilotsuz uçuş aparatını vurublar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Yəməndə vuruşan ərəb koalisiyasının nümayəndəsi Turki əl-Maliki deyib.

Turki əl-Malikinin sözlərinə görə, husilərin cinayətkar təşkilatı mülki obyektlərə zərbə vurmağa cəhd göstərib:

"Krallığın HHQ qüvvələri hücumu dəf edə bilib və husilər tərəfindən Cizana istiqamətində yönləndirilmiş pilotsuz uçuş aparatını vurub".