Türkiyənin müdafiə naziri ilə NATOnun baş katibi arasında telefon danışığı olub


Dünya 21 İyn 2019 07:48:00 254 0

Türkiyənin müdafiə naziri ilə NATOnun baş katibi arasında telefon danışığı olub

Türkiyə müdafiə naziri Hulusi Akar və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi tərəfindən bildirilib.

Söhbət zamanı tərəflər Əfqanıstan və digər regional təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Həmin məsələlər iyunun 26-da Brüsseldə ikitərəfli görüş zamanı ətraflı müzakirə olunacaq.