Dünyanın ən təmizkar aviaşirkətləri SİYAHI


Digərləri 21 İyn 2019 05:30:00 308 0

Dünyanın ən təmizkar aviaşirkətləri  SİYAHI

"Skytrax" beynəlxalq təşkilatın aviasiya xidməti üzrə qiymətləndirilməsinə görə dünyada ən təmizkar aviaşirkət Tayvanın "EVA Air" şirkətidir.

Son.az xəbər verir ki, "EVA Air" reytində "Japan Airlines" və "ANA All Nippon Airways" şirkətlərini qabaqlayıb.

Siyahının 4-cü və 5-ci yerlərində müvafiq olaraq "Singapore Airlines" və "Asiana Airlines" aviaşirkətləri qərarlaşıb.

Bundan başqa, ən təmizkar aviaşirkətlərin reytinqinə "Hainan Airlines" (Çin), "Swiss International" (İsveçrə), "Cathay Pacific" (Honkonq), "Qatar Airways" (Qətər) və "Lufthansa" (Almaniya) daxil edilib.