Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı


Dünya 20 İyn 2019 23:59:00 260 0

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqının sammiti Rusiyaya qarşı iqtisadi sanksiyaların daha yarım il uzadılması haqqında qərarı qəbul edib.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Avropa Şurasının nümayəndəsi bildirib.

"Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmalarının yerinə yetirməməsinə görə daha yarım il yekdil səslə uzadılıb", - Avropa Şurasının nümayəndəsi qeyd edib.

İndiki sanksiyaların müddəti iyulun 31-də başa çatırdı. Onlar maliyyə, energetika və müdafiə sektorlarına, həmçinin ikiqat təyinatlı malları aiddir.