Təzyiqiniz niyə aşağı düşür: səbəblər və müalicəsi – Ölüm təhlükəsi varmı?


Digərləri 20 İyn 2019 23:23:00 220 0

Təzyiqiniz niyə aşağı düşür: səbəblər və müalicəsi – Ölüm təhlükəsi varmı?

Adətən insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkir, bu haqda məsləhətlər istəyir, təzyiqin yüksəlməsindən insult və infartk olacağından qorxur. Lakin bir qrup xəstələr də vardır ki, aşağı təzyiqdən şikayətçidir. Amma onları ciddiyə alan olmur. Çünki nədənsə insanlara elə gəlir ki, aşağı təzyiq elə də qorxulu deyil.

Xüsusən yay aylarında hipotoniyası - zəif, aşağı təzyiqi olan insanların səhhətində problemlər çoxalır. Son.az medicina.az-a istinadən hipotoniyanın səbəbləri, növləri, müalicəsi haqqında araşdırmanı təqdim edir.

Hər insanın özünün fərdi təzyiq  göstəriciləri olur. Normadan cüzi artıb-azalma, həmin insanın özünü hiss etməsinə bağlıdır. Normada təzyiq 120/80 olmalıdır. Amma bəzi insanlar üçün 115/80 və ya 125/90 normal hesab oluna bilər.

Təzyiqin sizdə necə dəyişməsini bilmək üçün tonometrlə hər gün 3 dəfə təzyiq hər iki qolda ölçülməlidir.: səhər yuxudan oyanan  kimi, gün ərzində və axşam. Bu ölçmələr zamanı əldə olunan rəqəmlərdən özünüz üçün orta rəqəm götürün.

Əgər hər gün görsəniz ki, təzyiq  normadan 20-30 azdır, deməli, sizdə hipotoniya var. Aşağı təzyiqə səbəb baş beynin qanla təchizatının pozulması, damarların qanı beyinə yaxşı qovmaması və zəif qan dövranıdır.

Aşağı təzyiqin səbəbləri:

-Yorğunluq -Davamlı stress -Yuxusuzluq -Qalxanvari vəzi və hormonal pozulmalar -B, C, E, maqniy və dəmirin azalması -Qanazlığı -Dayaq-hərəkət aparatı xəstəlikləri, onurğa -Qan dövranı pozulması -Damarların tonusunun pisləşməsi -İrsi, genetik

Əlamətləri:

Təzyiq düşdükdə orqanizm bu simptomları verir:

-Baş ağrısı - alın, gicgah hissələrdə kəskin, deşici, küt ağrılar, sancılar -Əl-ayaqların sanki donması, keyiməsi, iynə batması -Ümumi zəiflik və halsızlıq -Soyuq əl-ayaqlar -Dərinin avazıması, rəngin qaçması -Başgicəllənmə -Zəif ürəkbulanma   Hipotoniya kəskin və xroniki olur.

Kəskin formada arterial təzyiq qəfildən, kəskin aşağı enir. Bu hal kəllə travmması, qəzalar, zəhərlənmə, qan itkisi, allergiya zamanı olur. Xroniki hipotoniya isə stabil olaraq hər gün aşağı təzyiqin olmasıdır. Bu zaman çox xəstələr heç özlərini pis də hiss etmirlər. Əgər aşağı təzyiq anadangəlmə yaranıbsa və uşaqlıqdan varsa, onun müalicəsinə ehtiyac yoxdur.