Dünyanın baş polisi günahını etiraf etdi –


Dünya 20 İyn 2019 21:54:00 203 0

Dünyanın baş polisi günahını etiraf etdi –

İnterpolun sabiq rəhbəri, Çinin ictimai təhlükəsizlik nazirinin sabiq müavini Men Hunvey bu gün keçirilən məhkəmə iclası zamanı rüşvət almağa dair günahını etiraf edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Çinin Ali Xalq Prokurorluğunun məlumatında bildirilir.

Prokuror məhkəmə iclası zamanı prokuror ittihamları irəli sürüb, iş üzrə sübutları təqdim etdikdən sonra İnterpolun sabiq rəhbəri Men Hunvey günahkar olduğunu etiraf edib və törətdiyi əmələ görə peşman olduğunu dilə gətirib.

Qeyd olunur ki, Men Hunvey son illər öz vəzifəsindən şəxsi və üçüncü şəxslərin maraqları üçün istifadə edərək qiymətli hədiyyələr və böyük həcmdə rüşvət əldə edib. Məlumata əsasən, Hunvey ümumi məbləği 14,46 milyon yuan (təxminən 2,1 milyon dollar) dəyərində rüşvət alıb.

Məhkəmə işlə bağlı qərarını daha sonra verəcək. Hələlik qərarın veriləcəyi məhkəmə iclasının keçirilmə tarixi açıqlanmır.

Qeyd edək ki, Ötən ilin oktyabrında İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Hunvey istefa verib.