Sabunçu dəmiryolu vağzalı kompleksindən neçə min insan istifadə edib?


Digərləri 20 İyn 2019 21:27:00 240 0

Sabunçu dəmiryolu vağzalı kompleksindən neçə min insan istifadə edib?

Mayın 21-də açılışı olan Sabunçu dəmiryolu vağzalı kompleksinindən bu günə qədər 13 mindən artıq sərnişin istifadə edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat veriblər.

Məlumata görə, 03 iyun 2019-cu il tarixindən etibarən Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edilib:

"Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarının fəaliyyəti dövründən bu günə qədər 13 066 sərnişin daşınıb".

Qeyd edək ki, mayın 21-də istifadəyə verilən Sabunçu dəmiryolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub.