Azərbaycanlı alimlər “İvo Andriç” medalı ilə təltif olunublar


Digərləri 20 İyn 2019 19:51:03 188 0

Azərbaycanlı alimlər “İvo Andriç” medalı ilə təltif olunublar

İyunun 19-da Serbiya Kral Akademiyasının təşkilatçılığı ilə Belqrad Universitetində Nəsiminin 650 illik yubileyi münasibətilə elmi simpozium təşkil olunub.

Bakı. İyunun 19-da Serbiya Kral Akademiyasının təşkilatçılığı ilə Belqrad Universitetində Nəsiminin 650 illik yubileyi münasibətilə elmi simpozium təşkil olunub. Trend-in məlumatına görə, simpoziumda Serbiya Kral Akademiyasının 2019-cu il 20 fevral tarixli qərarı ilə təsis olunmuş “Nəsimi 650 il” yubiley və “İvo Andriç” medalları təqdim edilib. Serbiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist Əlövsət Ağalarov, Azərbaycan Yazıçılar Birliyinin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d. Paşa Kərimov, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Serb Dili və Mədəniyyəti Mərkəzinin direktoru, dosent Lalə Məcidova “İvo Andriç” medalı ilə təltif olunublar.