"Miss&Mister Planet of Azerbaijan 2019" final mərhələsinin iştirakçıları müəyyən oldu


Digərləri 20 İyn 2019 19:50:00 383 0

"Miss&Mister Planet of Azerbaijan 2019" final mərhələsinin iştirakçıları müəyyən oldu

"Best Model of Azerbaijan 2018"  təşkilatçıları yenı bir beynəlxalq projeye start verdi."Miss & Mister Planet of Azerbijan 2019" adlanan bu layihəyə 200-dən çox gənc kastinqlərə qatılmışdır. Final mərhələsinə 25 oğlan və qız seçildi.

Son.az xəbər verir ki, "Miss & Mister Planet of Azerbaijan 2019" iştrakçıları Baku Marshal Clubu ziyarət etdilər. Burada Baku Marshal Clubun prezidenti və F1 operativ direktoru Çıngiz Mehtiyev və Senior Marshal və layihənin fitness direktoru Sair İsgəndərov, iştrakçılara Baku Marshal Club haqqında geniş məlumat verdilər.

Görüşün davamı olaraq iştrakçılar videoçarxlara baxıb Çingiz Mehtiyeva və Sair İsgəndərova təşəkkürlərini bildirdilər.

Onuda qeyd etmək istərdik ki, Baku Marshal Club "Miss & Mister Planet of Azerbaijan 2019" layihəsinin rəsmi partnyorudur.

Təşkilatı heyət:

Aqil Məmiyev - layihənin milli direktoru

Pərviz Əzim-zadə - layihənin direktoru

Sadiq Cəfərov - baş prodüser

Mübariz Allahverdizadə - layihənin baş xoreoqrafı

Sair İsgəndərov - layihənin fitness direktoru

Mədina Abdullayeva - layihənin aparıcısı

Münsif heyətinə daxil olanlar:

Nura Suri - estrada müğənnisi

Aqil Məmiyev - tanınmış bloger, layihənin milli direktoru