Federasiya: Bəzi güləşçiləri Avropa Oyunlarında yoxlamaq istəyirik


Digərləri 20 İyn 2019 19:33:00 230 0

Federasiya: Bəzi güləşçiləri Avropa Oyunlarında yoxlamaq istəyirik

2-ci Avropa Oyunlarında bir neçə aparıcı güləşçimizlə yanaşı, gəncləri də sınaqdan keçirəcəyik.

Bakı. 2-ci Avropa Oyunlarında bir neçə aparıcı güləşçimizlə yanaşı, gəncləri də sınaqdan keçirəcəyik. Trend-in məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev deyib. Bildirib ki, həmin gənclər nəticə vermiş güləşçilərdir: "Bu il əsas hədəfimiz Qazaxıstanda keçiriləcək dünya çempionatıdır. Bildiyiniz kimi, mundial Tokio-2020 üçün ilk lisenziya yarışı sayılır. Ondan öncəki turnirlər DÇ-yə hazırlıq xarakteri daşıyır. Ona görə bəzi güləşçiləri Avropa Oyunlarında yoxlamaq istəyirik. Onlardan bir neçəsi uzunmüddətli zədədən sonra ilk yarışına çıxacaq. Son vəziyyətlərini görmək istəyirik. Qarışıq bir tərkibdə Minskdə iştirak edəcəyik. Əsas hədəf güləşçiləri sınaqdan keçirmək olsa da, həmişə olduğu kimi, Minskdə də pəhləvanlarımızdan uğurlu çıxış gözləyirik. Hazırda yeniyetmələrin Avropa çempionatı keçirilir. Geridə qalan 3 gündə güləşçilərimiz 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Bu, böyük nailiyyətdir. Biz həmişə güləşçilərimizin qarşısına məqsədlər qoyuruq. Belarusa kifayət qədər təcrübəli güləşçilər də, Avropa və dünya çempionları da yollanacaq. İnanırıq ki, Minskdən medallarla qayıdacaqlar".