DSMF-də əhaliyə göstərilən xidmətlərin keyfiyyəti müzakirə olunub


Digərləri 20 İyn 2019 18:43:00 271 0

DSMF-də əhaliyə göstərilən xidmətlərin keyfiyyəti müzakirə olunub

Dövlət Sosial Müdafiə Fondunda Fondun Bakı şəhər şöbələrinin rəhbərləri ilə birgə iclas keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Fondun Bakı şəhər şöbələrinin rəhbərləri ilə birgə iclas keçirilib. Trend-in məlumatına görə, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov ölkədə aparılan siyasətin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayıb. Nazir müavini Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nəticələri olaraq, əhalinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas qruplara dövlət qayğısının artırılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. A.Kərimov əhaliyə xidmət səviyyəsinin yüksəldilməsinin, hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılmasının əsas vəzifələrdən olduğunu qeyd edib, nazirliyin yerli qurumlarında da bu məsələnin daim diqqət mərkəzində saxlanmasının vacibliyini vurğulayıb. Sonra nazirin müşaviri Mustafa Abbasbəyli, Fondun direktoru Himalay Məmişov və digərlərinin müvafiq sahələrdə görülən işlər və aparılan islahatlarla bağlı çıxışları dinlənilib.