“Xərclədiyim pullar öz qazancımdır”


Digərləri 20 İyn 2019 18:00:00 251 0

“Xərclədiyim pullar öz qazancımdır”

Münasibətlərdə düz olmasam da, ədalətli insanam. Bunlar başqa anlayışlardır. Elə şeylər var ki, onları özümə bağışlamıram. Hesab edirəm ki, bu, tənbəlliyimdən irəli gəlir. Bu, uşaqlarıma qarşı da belədir. Onların da tənbəlliyini əfv etmirəm.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan "Ağ və qara" verilişində Xalq artisti Murad Dadaşov deyib.

Sənətçi biznesindən və işdəki uğurlarından söz açıb:

"İşdə uğursuzluq baş verəndə çalışıram nəticə çıxarım ki, bir də baş verməsin. Hər bir uğursuzluq yaradıcı insanın qəlbində çat deməkdir. Çatların sayı çox olanda, bu, sınmaq anlamına gəlir. Uğurlu insan olmaq üçün mütləq ki, uğursuzluğun dibini dadmalısan. Sadəcə düzgün nəticə çıxarmaq lazımdır.